RƏSMİ AÇIQLAMA- Afterşoklar olacaq
Tarix: 4-07-2023, 08:31
Baxılıb: 1 079
Google+ Paylaş
Tumblr Paylaş

RƏSMİ AÇIQLAMA- Afterşoklar olacaq

4-07-2023, 08:31

Xəzər dənizinin Dağıstana yaxın ərazisində 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın şimal-şərq rayonları, eləcə də Abşeron yarımadasında hiss olunub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

"İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb. Yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib", - məlumatda deyilir.

Hər hansı tələfat və ya dağıntı haqqında məlumat yoxdur.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli "Sputnik Azərbaycan"a bildirib ki, afterşoklar davam edəcək. Lakin daha güclü zəlzələnin olma ehtimalı yoxdur.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ