Azərbaycanda gecə saatlarında sel gələn ərazilər açıqlandı
Tarix: 1-07-2023, 12:45
Baxılıb: 1 511
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda gecə saatlarında sel gələn ərazilər açıqlandı

1-07-2023, 12:45

“İyunun 30-da İsmayıllı və Kəlbəcər rayonlarına dolu düşüb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, iyulun 1-də isə Oğuz rayonu ərazisindən keçən Əyriçayda, Qobustan rayonu ərazisindən keçən Pirsaatçayda, İsmayıllı rayon ərazisindən keçən Girdimançayda sel hadisəsi qeydə alınıb. 


O qeyd edib ki, iyunun 30-da leysan yağış nəticəsində saat 18:00-da İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan, Cülyan kəndi ərazisindən axan Cülyançaydan və Talıstan kəndi ərazisindən axan Talıstançaydan, saat 19:10-da isə Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, saat 19:20-də isə Əmirvar kəndi ərazisindən axan Əmirvarçaydan qısamüddətli sel keçib.

Qeyd edək ki, son günlər ölkə ərazisində hava qeyri-sabit keçir. Bəzi rayonlarda isə sel-daşqın hadisələri qeydə alınır. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ