Bakıda binada liftin qırılması faktı üzrə araşdırma aparılır
Tarix: 30-06-2023, 14:29
Baxılıb: 1 503
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda binada liftin qırılması faktı üzrə araşdırma aparılır

30-06-2023, 14:29

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində içərisində sakinlərin olduğu liftin qırılması faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.

“Hadisə vaxtı liftdə olan şəxslər tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Həmin şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək. Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”, məlumatda deyilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ