Bu gün gecə saatlarında Bakı dairəvi avtomobil yolunun təqribən 6-cı kilometrliyində paytaxt istiqamətində yolun sağ tərəfindən iri qaya parçaları yola düşməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış bəzi məhdudiyyətlər aradan qaldırılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, yolda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində qaya parçaları ərazidən uzaqlaşdırılıb, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
"Hadisə nəticəsində yol təsərrüfatına ziyan dəyib. Hazırda ziyanın aradan qaldırılması istiqamətində də agentlik tərəfindən işlər aparılır", - məlumatda deyilir.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur