"Taksilərdə proses telefonla idarə olunduğu üçün hansısa əlavə cihazın quraşdırılmasına ehtiyac görmürük".
Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
"Eyni zamanda hansısa vətəndaş smartfondan istifadə etmədikdə cihaz quraşdırılması mümkündür", - deyə o qeyd edib.
Nazir müavini reys qabağı müayinə məsəsləsinə də diqqət çəkib: "Reys qabağı müayinə dedikdə sürücünün temperaturunun ölçülməsi, onun alkoqol qəbul edib-etməməsinin yoxlannılması nəzərdə tutulur. Başqa ölkələrin təcrübəsi nəzərə alınaraq burda müasir avadanlıqlarla nəzarət tətbiq ediləcək. Qarajlarda xüsusi avadanlıqlar vasitəsilə sürücülər tibbi müayinədən keçiriləcək", - deyə R.Hümbətov əlavə edib.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur