Qənirə Paşayeva Qazaxıstan Milli Konservatoriyasının fəxri professoru adına layiq görülüb
Tarix: 21-06-2023, 13:17
Baxılıb: 1 536
Google+ Paylaş
Tumblr Paylaş

Qənirə Paşayeva Qazaxıstan Milli Konservatoriyasının fəxri professoru adına layiq görülüb

21-06-2023, 13:17

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Kurmanqazı adına Qazax Milli Konservatoriyasının fəxri professoru seçilib.

Q.Paşayevaya fəxri professor diplomunu konservatoriyanın rektoru əvəzi, sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Gülnar Əbdrəhman təqdim edib. Rektor əvəzi Qənirə Paşayevanın Azərbaycan-Qazaxıstan mədəni, elmi əlaqələrinə verdiyi töhfələrdən danışıb.

Təltif üçün təşəkkürünü bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Azərbaycan və Qazaxıstan arasında möhkəm əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb. Şuşa şəhərinin 2023-cü il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsindən qürurla söz açan Q.Paşayeva Şuşanın Qafqazın konservatoriyası olduğunu bildirib. Vurğulayıb ki, Şuşa 2021-ci ildən rəsmən Azərbaycanın, bu il isə Türk dünyasının mədəniyyət paytaxtı statusunu daşıyır. Qazaxıstanlı həmkarlarını Şuşaya dəvət edən komitə sədri şəhərin Ermənistanın işğalından azad olunduğu qısa vaxt içində öz görkəmini dəyişdiyini qeyd edib.

O, Azərbaycan klassik musiqisinə aid albomları, “Qardaş ölkəm Qazaxıstan”, həmmüəllifi olduğu və qazax dilində çap olunan “Qarabağdan doğan Günəş - Xurşidbanu Natəvan” və “Qarabağ hekayələri” kitablarını Şuşa şəhərinə həsr olunmuş xüsusi dekorativ tətbiqi sənət əsərini Kurmanqazı adına Qazax Milli Konservatoriyasına bağışlayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ