Baş Prokurorluğa yeni səlahiyyət verilib.
Prezident İlham Əliyev bununla bağlı “Hüquqi yardım haqqında ərizələrin təqdim olunması barədə” Avropa Sazişi üzrə əlaqələndirici orqanın, “Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında” Avropa Konvensiyası üzrə səlahiyyətli orqanın və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyası üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 754 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla 1983-cü il noyabrın 24-də Strastburq şəhərində imzalanmış "Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında" Avropa Konvensiyasının Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədilə mərkəzi orqan - Azərbaycan Respublikasının Baş Prokurorluğu müəyyən edilib.
Əvvəllər bu səlahiyyət Ədliyyə Nazirliyinə məxsus idi.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu