“WhatsApp” yeni funksiyasını istifadəyə verib.
Test mərhələsində olan yeni funksiya qurumların və istifadəçilərin “WhatsApp”da kanallar qurmasına imkan verəcək. Kanal rəhbərləri onlara qoşulan istifadəçilər üçün foto, mətn, video, stiker və sorğu paylaşa biləcək. “WhatsApp” yeni funskiya sayəsində istifadəçilərin qurumlardan və təşkilatlardan vacib məlumatları anında almasını təmin etmək istəyir. Bildirilir ki, “WhatsApp” kanalları funksiyası fərdi mesajlaşma bölməsində deyil, söhbətlərdən ayrı bölmədə yer alacaq. “WhatsApp” bu funksiyada da istifadəçilərinin məxfiliyinə önəm verib.
Məlumata görə, kanal rəhbərlərinə və digər şəxslərə kanallara abunə olan istifadəçilərin foto, nömrə və digər məlumatları göstərilməyəcək. İstifadəçilərin məlumatları gizli saxlanılacaq. Kanal administratorlarının ekran görüntülərini və mesajların yönləndirilməsini bloklamaq imkanı olacaq. Yeni funksiya olan kanal funksiyası ilk olaraq Kolumbiya və Sinqapurda aparıcı qlobal qurumlar və seçilmiş təşkilatların istifadəsinə veriləcək//metbuat.az

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi