Qarabağa qayıtmaq istəyənlərin NƏZƏRİNƏ
Tarix: 14-06-2023, 08:15
Baxılıb: 1 093
Google+ Paylaş
Tumblr Paylaş

Qarabağa qayıtmaq istəyənlərin NƏZƏRİNƏ

14-06-2023, 08:15

22 keçmiş məcburi köçkün ailəsini təmsil edən 72 nəfər öz doğma torpağına - Laçına köçürülüb.

Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, ümumilikdə bu ilin sonunadək 2 minə yaxın məcburi köçkün ailəsi, 10 minə yaxın məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı, məskunlaşması nəzərdə tutulub:

"Belə ki, Laçın şəhərindən 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması nəzərdə tutulub

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ