Şəkidə çörək sexinin fəaliyyəti niyə məhdudlaşdırıldı?
Tarix: 12-06-2023, 14:42
Baxılıb: 1 533
Google+ Paylaş
Tumblr Paylaş

Şəkidə çörək sexinin fəaliyyəti niyə məhdudlaşdırıldı?

12-06-2023, 14:42

Şəkidə çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Tədbirlər çərçivəsində Agentliyin müfəttişləri Şəki şəhəri, B.Vahabzadə küçəsində fəaliyyət göstərən və fiziki şəxs Samir Lətif oğlu Abdurahmanova məxsus çörək sexində plandankənar yoxlama aparıb.

Yoxlama zamanı qida obyektində gigiyena qaydalarına əməl olunmadığı, o cümlədən çirklənməyə qarşı müdafiənin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün münasib şəraitin yaradılmadığı müəyyən olunub. Eyni zamanda, müəssisədə işçi heyətin dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otağı ilə təmin olunmadığı aşkarlanıb.

Çörək sexində istifadə edilən alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi və qida məhsullarının xüsusiyyətlərinə uyğun olaraq, temperaturu müəyyən edən cihazın quraşdırılmadığı aşkarlanıb. Obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı məlum olub. Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb//axar.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ