Bakı-Ağstafa-Bakı marşrutu üzrə 2 əlavə qatar reysi təyin edilib
Tarix: 10-06-2023, 09:45
Baxılıb: 1 505
Google+ Paylaş
Tumblr Paylaş

Bakı-Ağstafa-Bakı marşrutu üzrə 2 əlavə qatar reysi təyin edilib

10-06-2023, 09:45

"Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10-11 iyun tarixlərinə 2 əlavə qatar reysi təyin edib.

Bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, 10 iyun tarixində əlavə reyslə saat 16:00-da Ağstafa-Bakı istiqaməti üzrə yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 20:55-də çatacaq. 11 iyun tarixində isə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafa stansiyasına saat 13:20-də çatacaq.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, əks istiqamətdə saat 17:10-da Bakıya yola düşən qatar isə saat 22:05-də mənzil başına çatır//metbuat.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ