Ceyhun Bayramov Klaarla görüşdü
Tarix: 9-06-2023, 17:10
Baxılıb: 1 501
Google+ Paylaş
Tumblr Paylaş

Ceyhun Bayramov Klaarla görüşdü

9-06-2023, 17:10

İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar ilə görüşüb.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, AB da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqların cari vəziyyəti, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov sülh sazişi üzrə cari vəziyyət, öhdəliklərə uyğun olaraq nəqliyyat-kommunikasiyaların açılması üzrə aparılmış müzakirələr, eləcə də delimitasiya məsələsi üzrə Azərbaycan tərəfinin mövqeyini bir daha diqqətə çatdırıb.

Qarşı tərəf AB-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə dəstəyini və bu istiqamətdə gələcəkdə hər iki ölkənin siyasi rəhbərlikləri arasında təmasların davam etdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib.

Tərəflər, eyni zamanda Azərbaycanla AB arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar//axar.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ