Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyunun 7-si saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Qusar, Mingəçevir, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Göygöl, Balakən, Şahdağ, Qrızda duman müşahidə olunub.
Qax rayonundan keçən Kürmükçayda gecədən başlayan sel hazırda davam edir.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Havanın temperaturu hazırda Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvan MR-da 27-29, dağlıq rayonlarda 12-14, Aran rayonlarında 20-25 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək istidir//metbuat.az

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb