Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İmişli rayonu ərazisində qanunsuz qum-çınqıl hasilatı və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.
Araşdırmalar zamanı İmişli rayonunun Qaradonlu, Xubyarlı və Qaralar kəndi yaxınlığında “İmişli” qum-çınqıl yatağında “SND Group” MMC-nin vəzifəli şəxsləri, habelə fərdi sahibkarlar tərəfindən torpaq sahələrinin zəbt edilərək qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə ümumilikdə 158 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.
İbtidai istintaq davam edir//metbuat.az

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb