Qərbi Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyan bu gün mediaya açıqlamasında Azərbaycan Ordusunun “bəzi yerlərdə geri çəkildiyini” iddia edib. O bildirib ki, delimitasiya prosesi başlamasa da, bəzi ərazilərdə Azərbaycan Ordusu “geri addım atıb”.
Hərbi mənbələrdən bildirilib ki, Qukasyanın bu açıqlaması tamamilə cəfəngiyyatdır.
“Ordumuzun geri çəkilməsi üçün heç bir səbəb və zərurət yoxdur və belə bir tapşırıq da verilməyib. Azərbaycan Ordusu ölkəmizin şərti sərhədlərində tutduğu mövqeləri qoruyur və bir santimetr də güzəştə gedilməsi müzakirə mövzusu belə deyil”, - mənbə vurğulayıb.
Qeyd edilib ki, Ermənistanla sərhəddə bəzi mövqelər Dövlət Sərhəd Xidmətinə təhvil verilib:
“Dövlət sərhədini Sərhəd Xidməti qorumalıdır. Ancaq Ermənistanla sülh sazişinin imzalanmadığını nəzərə alaraq, o istiqamətdə strateji mövqelərin hamısı Ordumuzun nəzarətindədir”//axar.az

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb