Havanın temperaturu mayın 26-da iqlim normasından 3.4° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23-29° isti, Naxçıvanda 28°-dək isti, dağlıq rayonlarda 20-25° isti, yüksək dağlıq ərazilərdə 13°-dək isti, aran rayonlarında 34°-dək isti olub.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, mayın 27-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı: Şəki 53.0 mm (aylıq normanın 51 %-i), Qax 38.0 mm, Gədəbəydə 32.0 mm, Mingəçevirdə 30.0 mm (aylıq normanın 66 %-i), Sədərəkdə 17.0 mm, Altıağacda 10.0 mm, Yevlax, Naftalan, Göygöl, Ordubad, Naxçıvan, Lerikdə 7.0 mm, Tovuzda 6.0 mm, Oğuz, Daşkəsən, Şahbuzda 4.0 mm, İsmayıllı, Qobustan, Gəncədə 3.0 mm, Şabran, Balakəndə 2.0 mm, Culfa, Şəmkir, Ağstafa, Zaqatala, Şahdağ, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıt, Maştağada 1.0 mm-dək olub.
Külək: Cənub-qərb küləyi arabir Daşkəsən, Göyçayda 25 m/s, Mingəçevirdə 21 m/s, Gəncə, Tərtər, Naftalanda 20 m/s, Naxçıvanda 18 m/s, Cocuqmərcanlı, Sədərəkdə 16 m/s, Şirvan, Yevlaxda 15 m/s-dək güclənib.
Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti mayın 31-i gündüzədək davam edəcək. Arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası