Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı açıqlama
Tarix: 24-05-2023, 16:38
Baxılıb: 1 550
Google+ Paylaş
Tumblr Paylaş

Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı açıqlama

24-05-2023, 16:38

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319,1 və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddələri ilə bağlı qərarı ilə bağlı açıqlama verib.

ASA-dan verilən açıqlamada bildirilir ki, Konstitusiya Məhkəməsinin müvafiq qərarında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə münasibətdə hər hansı bir rəy verilməmişdir. Bu qərarda kredit təşkilatlarının öz vəsaitləri hesabına borcalanlara verdikləri kreditlərdə öhdəliklərin təminatı üsulu kimi götürdükləri girov (ipoteka) əmlaklar olarsa, bu girov əmlakının mülkiyyətçisi borcalan deyil, başqa biridirsə və bu kredit müqaviləsi üzrə borcalan vəfat etdikdə banka olan borcun necə ödənilməsini tənzimləyən şərh verilmişdir.

Göründüyü kimi, bu qərarın Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə aidiyyatı yoxdur. Belə ki, bu kreditlər Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə əsasən, borcalanın götürdüyü ipoteka krediti məbləğində onun həyatı ölkəmizdə fəaliyyət göstərən həyat sığortası şirkətləri tərəfindən sığortalanır və istənilən səbəbdən borcalanın vəfat etməsi zamanı onun banka olan borcu tam məbləğdə həmin həyat sığortası şirkətləri tərəfindən sığorta ödənişi şəklində qarşılanır.

Bir daha bildiririk ki, bu qərar borcalan ilə ipoteka qoyanın fərqli olduğu hallara aiddir. Bu da Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditləri deyil, bilavasitə banklar tərəfindən verilən kreditlərdə təminat (girov) olaraq ipotekanın götürülməsi ilə bağlıdır.

Odur ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka krediti götürmüsünüzsə, borcalanın vəfat etməsi hallarında həyat sığorta müqaviləsinə uyğun olaraq sığorta şirkəti banka olan borcu tam məbləğdə ödəyəcəkdir//metbuat.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ