Bu gün hava necə olacaq?
Tarix: 24-05-2023, 08:16
Baxılıb: 1 055
Google+ Paylaş
Tumblr Paylaş

Bu gün hava necə olacaq?

24-05-2023, 08:16

Mayın 24-də hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu,əsasən yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 23° isti olacaq

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ