Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Azərbaycanda səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Ərhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
General-leytenant Ə.Əfəndiyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Nazir müavini Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.
Görüşdə qardaş ölkə ilə birgə əməkdaşlıq çərçivəsində hərbi təhsilin daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlara Quru Qoşunları Komandanlığının yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub.
Sonda Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzinə gələn türkiyəli nümayəndə heyətinə mərkəzlə bağlı zəruri məlumatlar verilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi