Ötən gecə sərhəddə vəziyyət nisbi sakit olub.
Bu barədə Ermənistan MN-in yaydığı məlumatda iddia edilib.
Bildirilir ki, saat 8:00-a olan məlumata görə, Zod istiqamətində 3 gündür davam edən toqquşma ərazisində vəziyyət stabilləşib.
Qeyd edək ki, Azərbaycan MN hələlik vəziyyətlə bağlı rəsmi məlumat yaymayıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonundan Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqelərinə qarşı 10 maydan başlayaraq, təxribatçı hücumlar edirlər. Aradan keçən müddətdə bu təxribatlarda minaatanlar, PUA-lar və digər silahlardan da istifadə edilib. Təxribatlar nəticəsində 2 əsgərimiz şəhid olub, bir əsgərimiz yaralanıb.
Ordumuzun cavab tədbirləri nəticəsində isə Ermənistan MN 1 əsgərinin öldüyünü, 6-nın yaralandığını açıqlayıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi