Artıq 3 gündür ki, Azərbaycan-Ermənistan sərhədində hərbi toqquşmalar davam edir. Vaşinqton danışıqlarından sonra ən yüksək səviyyədə müsbət mesajlar verilirdi və bu mesajlar sülh müqaviləsinə doğru addımlamağımız barədə düşünməyə zəmin yaradırdı.
Təbii ki, Vaşinqtonun vasitəçiliyi Rusiyada qıcıq yaradır və ABŞ görüşündən sonra sərhəddə gərginlik gözlənilən idi.
“Təxribatların icraçı kimdir” sualına cavabı tapmaq üçün 2 önəmli faktla diqqət etməliyik:
1. Toqquşmalar Paşinyanın Moskvada keçirilən paradda iştirakından sonra başlayıb. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev paradda iştirak etməyib;
2. Toqquşmaların məqsədi münaqişə tərəfi olan ölkələrdə gərginliyin artırılmasıdır. Ermənistan Baş naziri Nikol Paşinyanın və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun son hərbi toqquşma ilə bağlı bəyanatlarını müqayisə edək.
Nikol Paşinyan: “Azərbaycan tərəfinin addımları təxribat xarakteri daşıyır və Vaşinqtonda əldə olunan razılıqları sıfırlamağa xidmət edir”.
Ceyhun Bayramov: “Azərbaycan regionda sülhə başqa alternativ görmür və bu istiqamətdə fəaliyyətini davam etdirəcək”.
Sual olduqca sadədir: hansı mövqe gərginliyin artırılmasına xidmət edir?
Eyni zamanda ötən gün Qarabağda qanunsuz silahlı dəstələr tərəfindən Ordumuza qarşı bir neçə dəfə atəş açılmışdı. Qarabağda qanunsuz silahlı erməni dəstələri de-fakto Rusiyanın proksi qüvvələridir: Rusiya tərəfindən maliyyələşdirilir və silahlandırılırlar. Bu fakt toqquşmanın sifarişçisi barədə suallara dəqiq cavabdır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi