Həştərxanda Heydər Əliyevin adını daşıyan parkda ağacəkmə aksiyası keçirilib- HEYDƏR ƏLİYEV-100
Tarix: 8-05-2023, 14:31
Baxılıb: 1 053
Google+ Paylaş
Tumblr Paylaş

Həştərxanda Heydər Əliyevin adını daşıyan parkda ağacəkmə aksiyası keçirilib- HEYDƏR ƏLİYEV-100

8-05-2023, 14:31

Avromedia.az xəbər verir ki, Həştərxanda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün "Əbədi məşəl" abidəsini və Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.


Nümayəndə heyəti İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə gül dəstələri qoyub.


Sonra qonaqlar Həştərxanda Heydər Əliyevin abidəsini ziyarət edərək, onun xatirəsini ehtiramla yad edib və abidə önünə gül dəstələri qoyublar.


Azərbaycan nümayəndə heyəti abidənin ətrafında salınmış və Ümummilli Liderin adını daşıyan parkda onun 100 illik yubileyi şərəfinə ağacəkmə aksiyası keçirib.


Qeyd edək ki, Həştərxanda Ümummilli Lider Heydər Əliyevin abidəsi 2010-cu ildə açılıb. 2012-ci ildə Heydər Əliyevin abidəsinin yaxınlığında Heydər Əliyev meydanı ilə Qujvin prospektini birləşdirən Rusiya-Azərbaycan Dostluq körpüsü açılıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ