Azərbaycanın yeni peykləri orbitə ABŞ-ın “SpeysX” şirkətinin (Space Exploration Technologies Corporation) “Falcon” raketləri ilə buraxıla bilər.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
S.Əsədovun sözlərinə görə, bununla bağlı şirkətin Azərbaycanda səfərdə olan prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) ilə müzakirələr aparılıb:
“Azərbaycan qarşıdakı illərdə yeni peyk layihələri icra etməyə hazırlaşır. Biz Azərbaycanın yeni peyklərinin orbitə “Falcon” raketləri ilə buraxılması imkanlarını və “SpaceX” şirkətinin Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirakı və ən yüksək səviyyədə təşkilatçılıq məsələlərini bu görüşdə müzakirə etdik”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi