Bu məhsullar bahalaşa bilər
Tarix: 3-05-2023, 16:19
Baxılıb: 1 519
Google+ Paylaş
Tumblr Paylaş

Bu məhsullar bahalaşa bilər

3-05-2023, 16:19

Şəkər istehsalında aparıcı ölkələrdən olan Hindistan məhsulun ixracını məhdudlaşdırır.

Bu da dünya bazarında şəkərin bahalaşmasına səbəb ola bilər.

İqtisadçı ekspert Xalid Kərimli “Xəbər Ertəsi”nə bildirir ki, ixracın məhdudlaşmasının əsas səbəblərdən biri iqlimə uyğun olaraq hasilatın azalmasıdır.

“Azərbaycan da şəkər tozu idxalının bir qismini Hindistandan təmin edir.”

İqtisadçı deyir ki, ölkədə şəkər qiymətləri 2016-cı ildən sonra ən yüksək səviyyədədir. Onun sözlərinə görə, dünya bazarındakı qiymət artımları sözügedən məhsulların yerli bazarda daha da bahalaşmasına gətirib çıxaracaq.

“Azərbaycanda isə şəkər tozu istehsalı olsa da, xammal xaricdən gətirilir.”

Yəni qiymətin qalxması xammalın, şəkər çuğundurunun da bahalaşması deməkdir.

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 36,6 ton şəkər tozu və qənd istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ