Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub.
Teatrının direktorunun əmək funksiyalarının icrası İlham Əsgərova həvalə olunub.
Qeyd edək ki, İlham Əsgərov 1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. O, 1998-2018-ci illərdə bədii quruluş hissə müdiri vəzifəsində, 2018-ci ildən isə teatrın yaradıcı işlər üzrə direktor müavini vəzifəsində çalışır. 2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2017-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi tərəfindən “Cəfər Cabbarlı” mükafatına, 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi” medalına layiq görülüb.
Xatırladaq ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru və baş rejissoru Xalq artisti Azərpaşa Nemətov aprelin 9-da vəfat edib.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası