Nəsillərə nümunə olan ana, alim və pedaqoq
Tarix: 28-04-2023, 19:33
Baxılıb: 1 790
Google+ Paylaş
Tumblr Paylaş

Nəsillərə nümunə olan ana, alim və pedaqoq

28-04-2023, 19:33

Avromedia.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və Lökbatan Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə YAP-ın rayon təşkilatının qərargahında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Nəsillərə nümunə olan alim, ana və pedaqoq” mövzusunda dəyirmi masa keçirilmişdir.


Tədbir iştirakçıları Zərifə xanım Əliyevanın Fəxri Xiyabanda yerləşən məzarı üzərinə gül dəsətələri qoyaraq onun xatirəsinə ehtiramlarını bildiriblər. 


Dəyirmi masanı açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev təşkil edilən tədbirin Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anası, Azərbaycan tibb tarixinə görkəmli alim, həkim və pedaqoq kimi daxil olmuş akademik Zərifə xanım Əliyevaya həsr olunduğunu bildirib. O qeyd edib ki, ömrünü xalqımızın sağlamlığı uğrunda mübarizəyə həsr edən Zərifə xanımı tibb işçiləri və onun yaxın həmkarları olmuş həkimlər daha yaxından tanıdığı üçün onların fikirlərini və xatirələrini dinləmək daha məqsədəuyğun olardı. Buna görə də bu tədbirin Lökbatan Tibb Mərkəzi ilə birlikdə təşkil etmişik.   

Sonra dəyirmi masada çıxış edən Lökbatan Tibb Mərkəzinin direktoru Elçin Hüseynov akademik Zərifə xanım Əliyevanın həmin vaxt peşə ilə bağlı geniş yayılmış göz xəstəliklərinin müalicəsində qazandığı uğurlardan və  naliyyətlərdən danışıb. O, tədbir iştirakçıları ilə onun haqqında xatirələrini bölüşərək bildirib ki, Zərifə xanım Əliyeva fitri istedada malik novator alim, insanların sağlamlığı keşiyində dayanan insanpərvər həkim, bacarıqlı pedaqoq və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu ilə hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün bir nümunə olmuşdur. 


Zərifə xanım Əliyevanın elmi-pedaqoji fəaliyyəti haqda məruzə ilə çıxış edən oftomoloq-alim Hicran xanım Həşimova onunla bağlı xatirələrini bölüşüb. O bildirib ki, Zərifə xanım zaman baxımından qısa ömür yaşasa da, tibb sahəsində gördüyü çox böyük işlərlə, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin müalicəsində əldə etdiyi uğurlarla tarixə adını yazdırıb. Z.Əliyeva bu gün də onu tanıyanların qəlbində qayğıkeş, mehriban ana, sədaqətli ömür yoldaşı, istedadlı alim, bacarıqlı həkim, etibarlı dost, səmimi insan kimi yaşayır. Akademik Z.Əliyevanın ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan insan olduğunu qeyd edən H.Həşimova nadir və əvəzolunmaz bir alim və pedaqoq kimi xatirəsinə böyük ehtiramını ifadə etdi.  

Tədbirdə digər çıxış edənlər – oftalmoloq-həkim Günay Hüseynli, Lökbatan Tibb Mərkəzinin direktor müavinləri: Cəmilə Xanmuradova, Şəfəq Yusifova və Emil Sadıqzadə akademik Zərifə Əliyevanın həm həyatının, həm də elmi fəaliyyətinin gələcək nəsillər üçün bir örnək olduğunu bildiriblər. 


Sonra Zərifə xanım Əliyevanın mənalı həyatı və dəyərli elmi fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.  


Dəyirmi masaya yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev zəngin dövlətçilik tarixi olan Azərbaycan xalqının tarixi-milli ənənələrində, o cümlədən də Səfəvilər kimi qüdrətli imperiyanın yaranmasında qadın siyasətçilərin, diplomatların, alim və şairlərin böyük rolundan danışıb. O, bildirib ki, Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Müzəffər Ali Baş Komandan, Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Biz ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. Natiq, eyni zamanda milli-tarixi ənənələrin davamçısı kimi bu gün ölkəmizin bütün sahələrində, xüsusən də səhiyyə sahəsində qazanılan nailiyyətlərdə Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın da böyük zəhməti olduğunu vurğulayıb. Onun ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı üçün gördüyü işlərin, Ulu öndərin adını daşıyan Fondun həyata keçirdiyi humanitar layihələrin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini, Mehriban xanımın şəxsində bütün Azərbaycan qadınlarına dünyada böyük hörmət və ehtiram qazandırdığını qeyd edib.


YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev dəyirmi masaya yekun vuraraq, Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini deyib, tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.

 

Rəşad Şirəliyev

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ