Azərbaycanda kino strategiyası hazırlanır
Tarix: 20-04-2023, 12:13
Baxılıb: 1 561
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda kino strategiyası hazırlanır

20-04-2023, 12:13

Azərbaycan kinosu üçün 2020-2040-cı illəri əhatə edən strategiya hazırlanır.

Bu barədə mədəniyyət naziri Adil Kərimli məlumat verib.

Bakıda keçirilən Kino forumunda çıxış edən nazir deyib ki, tədbirdə müzakirələr əsnasında problemlərin həlli yollarının müəyyən ediləcəyinə ümid edir.

"Ümid edirik ki, forumda səsləndirilən fikirlər, təkliflər həmin strategiyaya öz töhfəsini verəcək", - deyə nazir qeyd edib.

Adil Kərimlinin sözlərinə görə, kino sənəti yaradıcılıq baxımından intibah dövrünə qədəm qoyub və Kino Agentliyinin yaradılması üçün nazirlik aidiyyəti qurumlarla birgə lazımi tədbirlər görüb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ