Daha bir məktəbdə kütləvi zəhərlənmə olub
Tarix: 20-04-2023, 08:57
Baxılıb: 1 067
Google+ Paylaş
Tumblr Paylaş

Daha bir məktəbdə kütləvi zəhərlənmə olub

20-04-2023, 08:57

Aprel ayı ərzində Bakı məktəblərində ikinci kütləvi zəhərlənmə hadisəsi baş verib.

Dünən Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbdə 15 şagirdin zəhərlənməsi diqqətləri bu məktəbə yönəldib.

149 saylı məktəbin direktor müavini Namiq Ələkbərov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, zəhərlənməyə səbəb məktəb bufetində satılan qidalar olmayıb.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə bildirib ki, 149 saylı məktəbdən xəstəxanaya 15 şagird gətirilib.

Qida Təhlükəsizliyi Agentliyi isə bu gün məktəbdə yoxlamalara başlayıb. Agentlikdən bildirdilər ki, hazırda qurumun mütəxəssisləri hadisənin qeydə alındığı məktəbdədirlər. Yoxlamaların nəticəsi barədə əlavə məlumat veriləcək. Baş vermiş hadisə ilə bağlı Xəzər Rayon Polis Şöbəsində araşdırma aparılır

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ