Milli Məclisin bir qrup deputatı Ukraynanın Kiyev şəhərinə səfər ediblər.
Bu barədə Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Volodimir Kreydenko özünün feysbuk səhifəsində paylaşım edib.
O, qeyd edib ki, səfər onun təşəbbüsü və Ukrayna Ali Radasının sədri Ruslan Stefançukun dəvəti ilə baş tutub:
"Azərbaycanlı deputatlar Buçada olublar. Həmrəylik səfərinə görə Ukraynanın azərbaycanlı dostlarına və görüşə görə Buça şəhərinin meri Anatoli Fedoruka təşəkkür edirik".
Qeyd edək ki, Ukrayna tərəfinin dəvəti ilə gerçəkləşdirilən səfər çərçivəsində deputatlarımızın Ukrayna Ali Radasının spikeri, Azərbaycanla parlament dostluq qrupunun üzvləri, Ukraynadakı Azərbaycan diasporu və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Səfər aprelin 21-də başa çatacaq.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası