Kirayə evlərin qiyməti bahalaşdı
Tarix: 13-04-2023, 08:27
Baxılıb: 1 275
Google+ Paylaş
Tumblr Paylaş

Kirayə evlərin qiyməti bahalaşdı

13-04-2023, 08:27

Bakıda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-Prisinin başlamasına saylı günlər qalmış, trekin əhatə edəcəyi ərazilərdə mənzillərin kirayə qiymətləri yüksəlib.

Paytaxtın Neftçilər və Azadlıq prospektləri, eləcə də Xəqani, Rəşid Behbudov və İstiqlaliyyət küçələrində yerləşən binalarda mənzillərlə yanaşı, yarışı izləmək üçün kirayə verilən eyvanların da qiymətlərində artım var.

Əmlak eksperti Nofəl Quliyev bildirib ki, eyvanların kirayə qiyməti yerləşdiyi küçədən asılı olaraq dəyişir.

Rieltor Elmar Məmmədov də deyir ki, Formula-1 yarışını izləmək üçün yarış zolağının əhatə etdiyi binaların eyvanlarını kirayələmək istəyənlərin sayı artıb.

Ekspertlərin sözlərinə görə, yarış zolağı boyunca yerləşən binalarda mənzil kirayələmək istəyənlərin sayı eyvanlarla müqayisədə azdır. Buna rəğmən əvvələr Neftçilər prospektində yerləşən binalarda mənzil kirayəsi 1000-1200 manata idi, indi isə qiymət 1500-2000 manat arasında dəyişir

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ