Botanika İnstitutu söküləcək? – Rəsmi
Tarix: 8-04-2023, 17:53
Baxılıb: 1 460
Google+ Paylaş
Tumblr Paylaş

Botanika İnstitutu söküləcək? – Rəsmi

8-04-2023, 17:53

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Herbari fondunun əməkdaşlarının narahatlığı barədə açıqlama verib.

Nazirlikdən verilən məlumata görə, Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur.

“Burada çalışan əməkdaşlar da öz fəaliyyətlərini davam etdirməkdədirlər. Eyni zamanda Botanika İnstitutunun Herbari fondu da elə yerləşdiyi binadadır. Bildiririk ki, müvafiq maddi-texniki bazası olan bina olduğu təqdirdə institutun həmin binaya köçürülməsi ilə bağlı qərar qəbul ediləcək. Hazırda hər hansı bir köçürülmədən söhbət getmir. Məsələ ilə bağlı əlavə məlumat veriləcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mərkəzi Nəbatat Bağında aparılan təmir işləri nəticəsində Botanika İnstitutunun yerləşdiyi binanın söküləcəyi bildirilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ