Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ
Tarix: 14-03-2023, 20:30
Baxılıb: 1 077
Google+ Paylaş
Tumblr Paylaş

Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ

14-03-2023, 20:30

Sabahdan Neftçilər prospekti və Akademik Zərifə Əliyeva küçəsindən nəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq.

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

Qurum rəsmisi deyib ki, qeyd olunan yollarda aparılan təmir işləri bu gün ərazində başa çatacaq. Sabah səhər saatlarından isə yollar tam istifadəyə veriləcək.

Qeyd edək ki, Neftçilər prospekti və Akademik Zərifə Əliyeva küçəsində üç gündür təmir işləri aparılır. Bununla bağlı həmin yollarda avtomobillərin hərəkəti dayandırılıb.

Sabahdan marşrut avtobusları da ənənəvi xətlə hərəkət edəcək.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ