Tarix: 14-03-2023, 17:47
Baxılıb: 1 260
ŞAD XƏBƏR: Bu şəxslərin maaşları artırıldı
14-03-2023, 17:47
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15 % artırılıb.
Bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb.
Əmrə əsasən, əmək haqqı artımı aprelin 1-dən tətbiq olunacaq. Artım həm üzən, həm də sahil heyətinin məvaciblərinə şamil ediləcək.
Xatırladaq ki, ötən il də fevral 1-dən qurumun əməkdaşlarının maaşları 15 % artırılmışdı.
скачать dle 12.1