Türkiyədən xilasedicilərimiz Azərbaycana gəlib
Tarix: 8-03-2023, 19:42
Baxılıb: 1 083
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədən xilasedicilərimiz Azərbaycana gəlib

8-03-2023, 19:42

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin 224 nəfərlik qrupu Vətənə qayıdıb.

Xilasedicilər üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov bildirib ki, bu, Vətənə qayıdan Qəhrəmanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupudur:"Türkiyənin Qəhrəmanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə ümumilikdə 760 nəfər axtarış-xilasetmə heyəti yollanmışdı. Artıq bu gün sonuncu qrup da Azərbaycana geri qayıdıb. Onlardan 5 nəfəri xanım həkimlərimizdir. Həmçinin yardım məqsədi ilə göndərilən mobil səhra hospitallarımız da artıq Türkiyədə fəaliyyətini yekunlaşdırıb".

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ