Çavuşoğlu İrana səfər edəcək
Tarix: 8-03-2023, 15:00
Baxılıb: 1 093
Google+ Paylaş
Tumblr Paylaş

Çavuşoğlu İrana səfər edəcək

8-03-2023, 15:00

Yaxın vaxtlarda İrana gedəcəyəm.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada iranlı həmkarı Hüseyn Əmir Abdullahianla keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bugünkü görüşdə ikitərəfli əlaqələr müzakirə olunub:

“Enerji və iqtisadiyyat sahəsində əməkdaşlıq, həmçinin terrorla mübarizədə birgə fəaliyyət barədə də fikir mübadiləsi apardıq".

Çavuşoğlu bildirib ki, iranlı həmkarı ilə Ukraynadakı vəziyyəti də müzakirə edib:

“Həmkarıma "Taxıl sazişi"ndəki son durum barədə məlumat verdim. Müharibənin başa çatması üçün hansı səyləri ortaya qoya biləcəyimizi müzakirə etdik”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ