ŞƏHİD KİÇİK GİZİR SULTAN İBRAHİMOV
Tarix: 8-03-2023, 10:16
Baxılıb: 2 005
Google+ Paylaş
Tumblr Paylaş

ŞƏHİD KİÇİK GİZİR SULTAN İBRAHİMOV

8-03-2023, 10:16

Sultan Mikayıl oğlu İbrahimov 24 aprel 1996-ci ildə Salyan şəhərində anadan olub. Salyan şəhəri 1 saylı humanitar təmayüllü məktəb-liseyi bitirdikdən sonra 2013-cü ildə təhsilini Bakı Biznes və Kooperasiya Kollecində davam etdirib. 2016-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu il tarixdən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində Dövlət Sərhəd Xidmətində xidmətə qəbul olunan Soltan 4 aylıq «Dənizçi mütəxəssislərin hazırlanması kursu»nu müvəffəqiyyətlə bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində xidmətə başlayıb. Xidmət etdiyi dövrdə özünü bacarıqlı və intizamlı sərhədçi kimi göstərib.
Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq Çevik Hərəkət Dəstəsinin tərkibində cəbhəyə yollanan Sultan döyüşlərdə əsl qorxmazlıq nümunəsi göstərib, öz fədəkarlığı ilə döyüş yoldaşlarına dəstək olub. Zəngilan şəhərinin azad olunmasında rəşadət göstərən Sultan oktyabrın 21-də Zəngilan şəhərinə düşmənin əks-hucumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Oktyabrın 24-də Salyan şəhərində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sultan İbrahimov ölümündən sonra
"Vətən uğrunda",  "Döyüşdə fərqlənməyə görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Allah rəhmət eləsin !
Rauf İlyasoğlu.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ