Naxçıvanda Novruz Yarmarkasl təşkil olunacaq
Tarix: 8-03-2023, 09:31
Baxılıb: 1 097
Google+ Paylaş
Tumblr Paylaş

Naxçıvanda Novruz Yarmarkasl təşkil olunacaq

8-03-2023, 09:31

Novruz bayramı ərəfəsində Naxçıvan şəhərində bayram yarmarkası təşkil olunacaq.

Bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, Naxçıvan şəhəri, Xətai küçəsində yerləşən Mərkəzi Bazarda baş tutacaq yarmarka martın 13-dən 19-dək davam edəcək.

Yarmarkada məhsullar bazar qiymətlərindən daha sərfəli qiymətlərlə alıcılara təklif ediləcək. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin səyyari laboratoriyası da fəaliyyət göstərəcək.

Yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində əhalinin kənd təsərrüfatı məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq, kənd təsərrüfatçıları üçün alternativ satış kanalı təşkil etməkdir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ