Şiralıyev Mustafa Hüseyn oğlu 03 aprel 1966 -ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndində anadan olub.
Sədərək kənd 2 N-li orta məktəbində və Ordubad şəhərindəki M. Füzuli adına internat məktəbində təhsil alıb. Sədərək rayon rabitə qovşağında işləyirdi. Mustafa Şiralıyev 1988-ci ildən Ermənistandan qovulan azərbaycanlıların Sədərək kəndində yerləşdirilməsində, kəndin könüllü müdafiə dəstələrinin təşkilində çox böyük fəallıq göstərmişdir. 1992-ci il mayın 18-də ermənilərin Sədərək üzərinə hücumu zamanı səhər saat 6 radələrində evdən birbaşa səngərə, düşmən qabağına gedən mərd, qeyrətli oğullardan biri də Mustafa olmuşdur.
Mil dağında gedən şiddətli döyüşlərdə o, əsil qəhrəmanlıq nümunəsi göstərsə də, bir çox yaralıları ölümün pəncəsindən xilas etsə də özünü qoruya bilmədi, Mil dağında Şəhid oldu. Evli idi, Müşərrəf və Məhəmmədəli adlı iki övlad atasıdır.
Mustafanın ömür- gün yoldaşı Süsınbər ana övladlarını vətənpərvər ruhda böyümüş,onları oxumuş ,oğlun evləndirmiş, qızını isə el adəti ilə köçürülmüşdür.Nəvəsi Mustafa orta məktəb şagirdidir.Babasının adını şərəflə daşıyır.Kiçik qardaşı Sərdar da dərs əlaçısıdır.
Dövlətimiz şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərir, şəhidlərimizin anım günləri qeyd edilir və ehtiramla yad edilir.
Süsənbər ana da üç otaqlı mənziılə təmin olunmuşdur.
Şəhidlərimiz heç zaman unudulmur.
Şəhidlər ən uca məqama yüksəlmiş və Rəbbimin ən sevimli bəndələridir.
Şəhid Mustafa Şiralıyevin məzarı doğulduğu Sədərək kəndindədir.İllər, qərinələr ötəcək , amma nurüzlü şəhidlərimizin vətən uğrundakı xidmətləri heç zaman unudulmayacaq və ehtiramla xatırlanacaqdır.
Allah rəhmət eləsin!
Rauf İlyasoğlu