Ekspertlərdən XƏBƏRDARLIQ- Həran zəlzələ ola bilər
Tarix: 8-02-2023, 17:13
Baxılıb: 1 090
Google+ Paylaş
Tumblr Paylaş

Ekspertlərdən XƏBƏRDARLIQ- Həran zəlzələ ola bilər

8-02-2023, 17:13

“Biz son 100 ildə ikinci ən böyük zəlzələni yaşadıq”. 

Bunu Türkiyənin Geoloji Mühəndislər Mərkəzinin eksperti Aysun Aykan deyib. 

Türkiyədə 20-yə yaxın yerdə zəlzələ yarada biləcək aktiv tektonik qırılma xəttinin olduğunu vurğulayan A.Aykan Şimali Anadolu xəttinin əsas hissəsi olan Bingöl-Yeddisu və Şimali Anadolu xəttinin Mərmərə dənizindən keçən qismi ilə Balıkesir, Kahramanmaraş-Türkoğlu bölgələrinə diqqət yetirilməli olduğunu söyləyib. 

Ekspert ölkəsində zəlzələ riski olan vilayətlər haqqında da xəbərdarlıq edib: 

“Ölkəmizdə Kocaeli, Bursa, Balıkesir, Bolu, Sakarya, Manisa, İzmir, Aydın, Muğla, Dənizli, Burdur, Kütahya, Eskişehir, Konya, Aksaray, Tokat, Kayseri, Osmaniyə, Hatay, Kahramanmaraş, Ərzurum, Ərzincan, Hakkari və Bingöl bölgələri aktiv qırılma xəttinin üzərindədir. Bu səbəbdən Türkiyənin hər hansı bir bölgəsində dağıdıcı zəlzələnin olması bizi təəccübləndirmir”

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ