Sabahın havası açıqlandı
Tarix: 2-02-2023, 13:15
Baxılıb: 1 902
Google+ Paylaş
Tumblr Paylaş

Sabahın havası açıqlandı

2-02-2023, 13:15

Fevralın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 6°-dək isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-7° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ