Türkiyəli nazir Azərbaycana gəlib
Tarix: 30-01-2023, 12:29
Baxılıb: 1 737
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyəli nazir Azərbaycana gəlib

30-01-2023, 12:29

Türkiyənin təhsil naziri Mahmud Özərin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Yanvarın 30-da nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.

Daha sonra Şəhidlər Xiyabanı və Türk şəhidliyi ziyarət olunub.

Nazir bildirib ki, səfərin məqsədi Azərbaycanla təhsil sahəsindəki əməkdaşlığı gücləndirməkdir.

Səfər çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə M.Özər arasında görüş olacaq.

M.Özər jurnalistlərə açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ