Səfirliyə hücum Dünya Savaşını xatırladır- Cavanşir Feyziyev
Tarix: 27-01-2023, 19:20
Baxılıb: 1 275
Google+ Paylaş
Tumblr Paylaş

Səfirliyə hücum Dünya Savaşını xatırladır- Cavanşir Feyziyev

27-01-2023, 19:20

Azərbaycanın İrandakı səfirliyində baş vermis terror hadisəsi 1-ci Dünya müharibəsi ərəfəsində baş verənləri xatırladır. Onillər ərzində Azərbaycan, İraq, Suriya, Yəmən, Əfqanıstan, Pakistan kimi qonşu ölkələrin ərazilərində yürütdüyü pozuculuq fəaliyyəti artıq terror dalğası şəklində bumeranq kimi rejimin özünə doğru qayıtmaqdadır. Ərazisində yerləşən hər hansı bir dövlətin səfirliyinə terror hücumu İran rejimi üçün özünə sui-qəsd şəklində təzahür edən intihar cəhdi deməkdir. 

Bu sözləri millət vəkili Cavanşir Feyziyev deyib.

O bildirib ki, buna əmin olmaq üçün hadisənin motivləri obyektiv şəkildə araşdırılmalı və əsl səbəbləri üzə çıxarılmalıdır:

"Əgər bu terror aktının arxasında rejim qüvvələri dayanırsa, deməli, İran hakimiyyəti sonunun yaxınlaşdığını hiss edir və təkcə öz xalqını yox, bütövlükdə Qafqazı və Yaxın Şərq ölkələrini də qanlı qarşıdurmaya cəlb etməyə çalışır. Əgər bu xain hücum rejimin xəbəri olmadan üçüncü qüvvələr tərəfindən həyata keçirilibsə, yenə də İran dövləti təhqiqat işləri ilə bağlı öz üzərinə düşən bütün vəzifələri dəqiqliklə yerinə yetirməli, cinayətkarları cəzalandırmalı və xarici ölkələrin diplomatik təmsilçiliklərinin toxunulmazlığı ilə bağlı Vyana konvensiyasından irəli gələn öhdəliklərinə əməl etmədiyinə görə siyasi məsuliyyət daşımalıdır. İran hakimiyyətinin sonrakı addımları bu suallara aydınlıq gətirəcək. Lakin istənilən halda ərazisində qanuni siyasi təmsilçilik funksiyasını həyata keçirən həmvətənlərimizin qətlə yetirilməsi və yaralanması üçün məsuliyyət İran dövlətinin və onun ali rəhbərliyinin üzərindədir”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ