Bu günün havası açıqlandı
Tarix: 24-01-2023, 08:19
Baxılıb: 1 222
Google+ Paylaş
Tumblr Paylaş

Bu günün havası açıqlandı

24-01-2023, 08:19

Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ