Güney Azərbaycanda güclü zəlzələ olub
Tarix: 18-01-2023, 16:27
Baxılıb: 2 980
Google+ Paylaş
Tumblr Paylaş

Güney Azərbaycanda güclü zəlzələ olub

18-01-2023, 16:27

Xoy şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə Tehran Universitetinin Geofizika İnstitutuna bağlı Milli Seysmoloji Mərkəzdən məlumat verilib.

“Bu gün, 18 yanvar saat 13:38:12 radələrində Qərbi Azərbaycan əyalətinin Xoy şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5,4 bal gücündə baş verib. Zəlzələnin dəqiq yeri 44,58 dərəcə uzunluq, 38,58 dərəcə enlik və 10 kilometr dərinlikdə qeydə alınıb” - məlumatda deyilir.

Həmçinin bu gün saat 13:19 radələrində eyni ərazidə 3,6 bal gücündə daha bir zəlzələ baş verib.

Bu zəlzələnin dağıntıları barədə hələlik məlumat yoxdur.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ