Ermənilərdən Azərbaycana qarşı daha bir təxribat
Tarix: 18-01-2023, 14:50
Baxılıb: 2 447
Google+ Paylaş
Tumblr Paylaş

Ermənilərdən Azərbaycana qarşı daha bir təxribat

18-01-2023, 14:50

Ermənistan Gənclər Federasiyasının Azərbaycanın ABŞ-dakı səfirliyinin yaxınlığında keçirdiyi aksiya zamanı qarşıdurma və xəsarət alan olmayıb. Hazırda səfirlik əməkdaşlarının həyatına qarşı heç bir təhlükə yoxdur.

Bu barədə ABŞ-dakı Azərbaycan diasporunun nümayəndələri məlumat verib.

Bildirilib ki, Azərbaycan səfirliyinin yerləşdiyi binaya aparan 34 küçənin guya bağlanması barədə xəbər şişirdilib. Belə ki, erməni gənclər ötən gün kiçik bir aksiya təşkil ediblər və qısa müddətdən sonra dağılışıblar. Aksiya səfirliyin adi iş ahənginə heç bir təsir etməyib.

Qeyd edək ki, dünən Vaşinqtonda Ermənistan Gənclər Federasiyasının nümayəndələri Azərbaycan səfirliyinə gedən 34 yolu bağladığını və bununla guya ölkəmizin Laçın yolunu “bağlamasına” etirazlarını bildiriblər.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ