Ramiz Mehdiyevin qohumu istefa verdi
Tarix: 17-01-2023, 15:46
Baxılıb: 2 067
Google+ Paylaş
Tumblr Paylaş

Ramiz Mehdiyevin qohumu istefa verdi

17-01-2023, 15:46

Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Hüseynqulu oğlu Mehdiyevin tutduğu vəzifədən azad olunduğu barədə xəbər yayılıb.

Məlumatda Telman Mehdiyevin yaş həddi ilə əlaqədar öz ərizəsinə əsasən təqaüdə göndərildiyi bildirilir.

Telman Mehdiyevin Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti Ramiz Mehdiyevin yaxın qohumu olduğu söylənilir.

O, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi postuna 2022-ci ilin yanvarında təyinat almışdı.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ