AFFA Mxitaryanla bağlı UEFA-ya NOTA GÖNDƏRDİ - FOTO
Tarix: 16-01-2023, 21:46
Baxılıb: 1 960
Google+ Paylaş
Tumblr Paylaş

AFFA Mxitaryanla bağlı UEFA-ya NOTA GÖNDƏRDİ - FOTO

16-01-2023, 21:46

Azərbaycan Futbol Federasiyası (AFFA) Mxitaryanla bağlı UEFA-ya nota göndərib.
KONKRET.az xəbər verir ki, AFFA Ermənistan futbol komandasının sabiq kapitanı Henrix Mxitaryanın bu yaxınlarda verdiyi müsahibə ilə bağlı UEFA-ya və İtaliya Futbol Federasiyasına müraciət edəcək.
“AFFA bu təxribatdan xəbərdardır. Artıq assosiasiya müvafiq prosedurlara başlayıb. Bütün lazımi sənədlər hazırlandıqdan sonra UEFA və İtaliya Futbol Federasiyasına göndəriləcək”, – deyə AFA-nın açıqlamasında bildirilir.
Xatırladaq ki, İtaliyanın “İnter” klubunda çıxış edən erməni futbolçu Henrix Mxitaryan İtaliya komandasının rəsmi “Youtube” kanalına müsahibə verib.
Müsahibə zamanı haralısan sualına cavab verərkən, Ermənistanın, o cümlədən Qarabağın xəritəsini çəkib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ