Tarix: 13-01-2023, 18:21
Baxılıb: 2 056
Məktəblərdə qış tətilinin vaxtı açıqlandı
13-01-2023, 18:21
Azərbaycanda məktəblilər üçün 27-31 yanvar tarixlərində qış tətili olacaq.
Bu barədə məlumat "Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında" Azərbaycan Respublikası təhsil nazirinin əmrində öz əksini tapıb.
Qeyd edilib ki, dərs ili ərzində 5 gün payız (16-20 noyabr), 5 gün qış (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz (1-5 may) tətili müəyyən edilib.
скачать dle 12.1