Pensiya alanların NƏZƏRİNƏ- ARTIM...
Tarix: 12-01-2023, 12:51
Baxılıb: 1 807
Google+ Paylaş
Tumblr Paylaş

Pensiya alanların NƏZƏRİNƏ- ARTIM...

12-01-2023, 12:51

Hər ay pensiyaların qrafikdən hətta bir neçə gün əvvəl ödənişi həyata keçirilir və bu ay üzrə də pensiyaların ödənişinin qrafik üzrə aparılmasında hansısa gecikmə özünü göstərmir.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili deyib.

“Bu ay üzrə yenilik və pensiyaçılara dəstək olaraq bütün pensiyaçılara ötən il üzrə verilən maddi yardımın hər aya düşən məbləğinin 2023-cü ilin əvvəlindən pensiyaların tərkibinə daxil edilməsi ilə əlaqədər elektron sistemlərdə texniki işlər icra olunmaqdadır”, - o bildirib.

R.Mehdili artıq işlərin yekunlaşmaqda olduğunu qeyd edib:

“Qısa müddətdə başa çatdırılaraq, pensiyaların ötən il üzrə verilən maddi yardımın hər aya düşən məbləği də əlavə olunmaqla, yəni yeni artımla ödənişinə başlanacaq”.

Qeyd edək ki, DSMF bundan öncə pensiya ödənişinə 11 yanvarda başlanacağını açıqlamışdı

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ