Suqovuşanda su niyə azalır?- Rəsmi
Tarix: 4-01-2023, 20:50
Baxılıb: 1 911
Google+ Paylaş
Tumblr Paylaş

Suqovuşanda su niyə azalır?- Rəsmi

4-01-2023, 20:50

Suqovuşan su anbarında suyun səviyyəsinin aşağı düşmə səbəbi orada gedən təmir-bərpa işləridir.

Bunu Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin Baş mühəndisi Mehman Kərimov Oxu.az-a açıqlamasında deyib.

“Suqovuşan su anbarının dib qapıları 30 ildən artıq müddətdə təmir olunmayıb. Hazırda həmin qapılar təmir edilir. Bununla əlaqədar tərəfimizdən məqsədli şəkildə suyun səviyyəsi aşağı salınıb. Sərsəng su anbarından buraxılan su həmin dib qapıları vasitəsilə Tərtər çayına axıdılır və təsərrüfatlara verilir”, - Kərimov bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə ermənilərin Sərsəng su anbarından Suqovuşana axan çayların qarşısını kəsdikləri üçün anbarın suyunun quruması ilə bağlı məlumat yayılmışdı.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ